İsraildə yüzlərlə hərbçi və vətəndaş Qəzzadakı müharibəyə etiraz edir

İsrail Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri, kəşfiyyat və zirehli bölmələrdən olan yüzlərlə əsgər Qəzzada müharibənin dayandırılmasını tələb edən müraciəti imzalayıblar.
Crossmedia.az İsrail mediasına istinadən xəbər verir ki, İsrailin ali təhsil müəssisələrindən 2000 nəfər, 100 hərbi həkim, həmçinin yüzlərlə ehtiyatda olan və istefaya çıxmış zabit bu petisiyaya qoşulub.
Onlar hesab edirlər ki, davam edən soyqırım siyasi motivlərlə diktə olunur və yalnız Benyamin Netanyahunun şəxsi maraqlarına xidmət edir.
“Girovların qaytarılmasını təmin etmək üçün konkret addımlar əvəzinə, hökumət administrasiyasının dövlətin təməl prinsiplərini sarsıdan, ictimai etimadı zəiflədən və təhlükəsizlik sahəsində qəbul edilən qərarların legitimliyinə şübhə yaradan addımlar atdığının şahidiyik” .
Zəhra Məmmədova
09:15 13.04.2025
Oxunuş sayı: 1907