Rusiya KİV: ABŞ Putinə atəşkəs müqabilində Trampla görüş sxemi təklif edib

Rusiya mətbuatının məlumatına görə, Vaşinqton Moskva ilə qeyri-rəsmi kanallar vasitəsilə konkret olaraq Vitkoff vasitəsilə Rusiya Prezidenti Vladimir Putinə yeni təklif təqdim edib.
Crossmedia.az xəbər verir ki, təklifə əsasən, may ayında Səudiyyə Ərəbistanında Donald Tramp və Vladimir Putin arasında şəxsi görüş təşkil olunması qarşılığında Rusiya-Ukrayna cəbhəsində müvəqqəti atəşkəs elan edilə bilər.
ABŞ tərəfi, atəşkəs rejiminə əməl olunmasına zəmanət verməyə hazır olduğunu bildirib.
Məlumata görə, Rusiya üçün əsas məsələ atəşkəsə nəzarətin texniki mexanizmlərinin müəyyənləşdirilməsidir. Bu məsələ ilə bağlı detallı razılaşmaların yaxın gələcəkdə işlənməsi gözlənilir.
Mədinə Cəlilova
21:38 12.04.2025
Oxunuş sayı: 1368