İraq Türkiyə sərhədində yeni hərbi baza qurur

İraq mərkəzi hökuməti Türkiyə sərhədində yeni hərbi baza qurma qərarı alıb. Bu çərçivədə, Kürdüstan Demokrat Partiyasına (KDP) bağlı Peşmerge qüvvələri ilə əməkdaşlıq ediləcək. Suriya tərəfində isə, terrorla əlaqəsi olmayan kürd qüvvələrindən ibarət "Roj Peşmerge" adlı yeni bir qrupun yaradılması planlaşdırılır.
Crossmedia.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
İraq Silahlı Qüvvələri Türkiyə ilə sərhəd boyunca təhlükəsizliyi artırmaq üçün yeni hərbi bazalar quracağını açıqlayıb. Peşmerge qüvvələri bu təhlükəsizlik tədbirlərində mühüm rol oynayacaq. Sərhədin infrastruktur və logistik imkanları gücləndirilir. İraq Müdafiə Nazirliyi bu proses çərçivəsində çox sayda yeni hərbi baza qurulacağını bildirir.
Sərhəd təhlükəsizliyi Yaxın Şərqdə terror qruplarının varlığı səbəbindən çox vacibdir. İraqın sərhədinin uzunluğu çox böyükdür, Türkiyə ilə 384 km sərhədi var. Son dövrlərdə Türkiyə və İraq arasında sərhəd təhlükəsizliyi ilə bağlı müzakirələr sürətlənib və qarşılıqlı koordinasiya artırılıb.
Türkiyə, Bağdad və Ərbil arasında güclü bir təhlükəsizlik mexanizması qurub. Bu çərçivədə sərhəd postları inşa edilir və İraq ordusu Zaho bölgəsinə yerləşdirilib. Bu tədbirlər PKK-nın sərhədi təhdid etməməsi üçün görülür.
Suriya tərəfində isə Dəməşq rejimi ilə razılaşan Suriya Demokratik Qüvvələri (SDQ), terrorla əlaqəsi olmayan kürd qrupları ilə əməkdaşlıq edir. "Roj Peşmerge" adlı yeni bir silahlı qüvvənin yaradılması və bu qüvvələrin Suriya ilə SDQ arasında birləşməsi planlaşdırılır. Bu prosesdə, Şamın mövqeyi də mühüm rol oynayacaq.
Fatimə Məmmədova
21:13 12.04.2025
Oxunuş sayı: 1540