Zelenski: F-16 pilotu tapşırıq zamanı həlak olub

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcı təyyarəsinin pilotunun tapşırıq zamanı həlak olduğunu açıqlayıb.
Crossmedia.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, Zelenski bildirib ki, hərbi təyyarələr ölkənin təhlükəsizliyi üçün xidmət göstərir: “Hərbi Hava Qüvvələri həmçinin Ukraynanı Rusiya raketlərindən və pilotsuz uçuş aparatlarından qorumaqla da məsuldur. Döyüşçülərimizlə fəxr edirik”.
Prezident, hərbi rəhbərlikdən lazım olan məlumatları aldığını bildirərək, “Biz də güclü və yerində cavab verəcəyik”, – deyə əlavə edib.
Pilotun necə və kim tərəfindən öldürüldüyü barədə məlumat verilməyib.
Mədinə Cəlilova
18:38 12.04.2025
Oxunuş sayı: 1202