Astanada II mərkəzi Asiya Media Forumu keçiriləcək

Aprelin 16-17-də Qazaxıstanın paytaxtı Astana şəhərində II Mərkəzi Asiya Media Forumu baş tutacaq. Forumda Azərbaycan da daxil olmaqla bir sıra ölkələrin nümayəndələrinin iştirakı gözlənilir.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, tədbir Qazaxıstanın Mədəniyyət və İnformasiya Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək. İki gün davam edəcək forum çərçivəsində müxtəlif panel sessiyalar təşkil olunacaq.
Bu sessiyalarda Mərkəzi Asiya ölkələrinin media qurumları arasında əməkdaşlıq imkanları və inkişaf perspektivləri müzakirə olunacaq. Həmçinin, rəqəmsal medianın rolu, regional informasiya təhlükəsizliyi və süni intellektin jurnalistikada tətbiqi kimi mövzularda fikir mübadiləsi aparılacaq.
Media forumuna Qazaxıstan, Azərbaycan, Özbəkistan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan, Böyük Britaniya, Çin və Qətər kimi ölkələrdən olan media rəhbərləri, jurnalistlər və ekspertlər qatılacaq. Bu cür tədbirlər region ölkələri arasında informasiya mübadiləsini gücləndirmək və ortaq layihələrin əsasını qoymaq baxımından mühüm əhəmiyyət daşıyır.
Fatimə Nəbiyeva
14:00 12.04.2025
Oxunuş sayı: 1795