“Qorxulu canavar” geri qayıtdı?

Min illər əvvəl nəsli kəsilmiş qədim canlının genetik üsullarla yenidən həyata qaytarıldığı iddia olunur.
13 min il əvvəl nəsli kəsilmiş və “qorxulu canavar” kimi tanınan nəhəng bir heyvanın yenidən dünyaya gətirildiyi xəbəri elmi dairələrdə ciddi müzakirələrə səbəb olub.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, Texasda yerləşən Colossal Bioscience şirkəti genetik redaktə vasitəsilə bu qədim növü diriltməyə nail olduqlarını açıqlayıb. Şirkət oktyabr ayında iki, yanvarda isə bir bala “qorxunc canavarın” doğulduğunu bildirib. Onlara Romulus, Remus və Khaleesi adları verilib.
Qeyd edək ki, HBO-nun məşhur “Taxt-tac oyunları” serialındakı Stark ailəsinin canavarları da bu növdən ilhamlanaraq yaradılıb. Hətta serialın müəllifi Corc R.R. Martinin də bu canlılarla tanış olduğu və duyğulandığı bildirilir. Canavarların uzunluğu təxminən 1,8 metr, çəkisi isə 76 kiloqram olub – bu da onları müasir boz canavarlardan 25 faiz daha iri edir.
Zəhra Ağayeva
13:30 12.04.2025
Oxunuş sayı: 1504