İranın Xarici İşlər naziri Abbas Əraqçi Maskat şəhərinə gedib

İranın Xarici İşlər naziri Abbas Əraqçi bu gün ABŞ nümayəndə heyəti ilə keçirilməsi planlaşdırılan nüvə danışıqları üçün Oman sultanlığının paytaxtı Maskat şəhərinə gəlib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ nümayəndə heyətinə Ağ Evin xüsusi elçisi Stiv Uitkoff rəhbərlik edir.
Danışıqların yaxın bir neçə saat ərzində başlaması gözlənilir və Oman tərəfindən vasitəçilik ediləcək.
10:30 12.04.2025
Oxunuş sayı: 2088