Si Tszinpin Aİ-ni Trampa qarşı Pekinlə birləşməyə çağırdı

Çin Xalq Respublikasının Sədri Si Tszinpin Avropa İttifaqını ABŞ prezidenti Donald Trampın “təktərəfli hədələmələrinə” qarşı birlikdə çıxış etməyə çağırıb. Crossmedia.az bildirir ki,o, Trampın təkcə Avropanı deyil, bütün dünyanı qorxu altında saxladığını bildirib.
“Rüsum müharibələrində qalib olmur. Dünyaya qarşı çıxmaq özünü təcrid etmək deməkdir”,– deyə Çin lideri Pekində İspaniya Baş naziri Pedro Sançeslə görüşü zamanı vurğulayıb.
Qeyd edək ki, Pedro Sançes bu ticarət müharibəsindən ən çox zərər çəkən Avropa liderlərindən biri hesab olunur.
Fidan Xəlilova
22:04 11.04.2025
Oxunuş sayı: 1535