Axios: Tramp Putinə Ukraynada atəşkəs üçün aprelin sonunadək möhlət verib

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimr Putinə Ukraynada atəşkəsin əldə olunması üçün aprelin sonunadək vaxt verib. Crossmedia.az bildirir ki,bu barədə məlumatı “Axios” nəşri etibarlı mənbələrə istinadən yayıb.
Mənbənin bildirdiyinə görə, əgər bu müddətədək tərəflər döyüş əməliyyatlarının dayandırılması barədə razılığa gəlməsələr, ABŞ administrasiyası Rusiyaya qarşı yeni iqtisadi sanksiyalar tətbiq etməyə hazırdır.
Fidan Xəlilova
21:38 11.04.2025
Oxunuş sayı: 1633