Haaqa Putini yalnız vəzifədən getdikdən sonra mühakimə edə bilər – Euronews

Euronews-un diplomatik mənbələrə istinadən yaydığı məlumata görə, Haaqa tribunalı Vladimir Putin prezident vəzifəsində olduğu müddətdə onu mühakimə etməyi planlaşdırmır.
Nəşr bildirir ki, bu yanaşma Rusiyanın Baş naziri Mixail Mişustin və xarici işlər naziri Sergey Lavrova da şamil olunur. Mənbələrin sözlərinə görə, qiyabi məhkəmə prosesi yalnız Putin hakimiyyətdən getdikdən sonra mümkün ola bilər.
Tribunalın bu qərarı beynəlxalq hüququn toxunulmazlıq prinsipləri ilə əsaslandırılır.
22:40 10.04.2025
Oxunuş sayı: 1885