Almaniya hökuməti: Ən böyük təhlükə Rusiyadan gəlir

Berlin – Almaniyada yeni formalaşan koalisiya hökumətinin sazişində Rusiya əsas xarici təhlükə kimi qeyd olunub. Sənəddə vurğulanır ki, ölkənin təhlükəsizliyi Soyuq Müharibədən bəri heç vaxt bu qədər ciddi təhdid altında olmayıb.
“Ən böyük və ən təcili təhlükə Rusiyadan gəlir”, – deyə koalisiya sazişində bildirilib.
Yeni hökumət bu çərçivədə müdafiə siyasətini gücləndirəcəyini və Avropa təhlükəsizliyinə xüsusi önəm verəcəyini bəyan edib.
22:15 10.04.2025
Oxunuş sayı: 1892