Bu gün Rusiya və ABŞ İstanbulda danışıqların ikinci raundunu keçirəcək

️Rusiya və ABŞ səfirlik fəaliyyətinin bərpası və diplomatik əlaqələrin normallaşdırılmasını müzakirə etmək üçün bu gün İstanbulda danışıqların ikinci raundunu keçirəcək.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Səfir Aleksandr Darçiyev və dövlət katibinin köməkçisinin müavini Sonata Koulterin rəhbərlik etdiyi danışıqlarda Ukrayna kimi siyasi və ya təhlükəsizlik məsələləri istisna olmaqla, ciddi şəkildə səfirliyin maddi-texniki təminatına diqqət yetiriləcək.
14:19 10.04.2025
Oxunuş sayı: 1292