Trampın nümayəndəsi Tehrana səfər üçün İrandan dəvət gözləyir

Amerika rəsmiləri bildirib ki , ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff dəvət olunarsa, Tehrana səfər edəcək.
Bu barədə Crossmedia.az “The Washington Post”a istinadən məlumat verir.
Məlumata görə, iranlılarla danışıqlar birbaşa aparılmasa, Uitkoff Omana da getməyə bilər. Adı açıqlanmayan ABŞ rəsmisi qeyd edib ki, “Vaşinqtonun hərtərəfli anlaşma və dialoqa ehtiyacı var və Amerika İranın hiyləsini qəbul etməyəcək”.
Nuray Mikayıllı
13:46 10.04.2025
Oxunuş sayı: 1448