SEPAH Ermənistan və İran arasında keçirilən hərbi təlimlərin təfərrüatlarını açıqlayıb

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunları komandanının müavini Vəliullah Mani bildirib ki, İran və Ermənistan sərhəd zonasında dinc hərbi təlimlər keçirir.
Crossmedia.az xəbər verir ki, bu barədə İranın İRNA xəbər agentliyi məlumat yayıb.
SEPAH-ın briqada generalı dinc hərbi təlimlərin iki gün ərzində sərhədyanı Nurduz bölgəsində keçiriləcəyinə aydınlıq gətirib.
“Heç bir təhlükə yoxdur, ona görə də təlimlər dinc xarakter daşıyır, təlimlərin həyata keçirilməsi üçün lazımi tədbirlər əvvəlcədən düşünülüb, bunlar regionda sabit sülhə uyğun həyata keçirilir, əsas məqsəd sərhəd təhlükəsizliyinin gücləndirilməsidir.
Bölgənin həssas mövqeyini nəzərə alsaq, iki ölkə arasında sərhəd bölgələri strateji əhəmiyyət kəsb edir. Ümid edirik ki, təlimlər qarşıya qoyulan məqsəd və müddətlərə uyğun keçiriləcək”, - deyə SEPAH-ın Quru Qoşunları komandanının müavini qeyd edib.
11:40 10.04.2025
Oxunuş sayı: 1322