Ukrayna dronu Rusiya bombardmançısını məhv etdi – 100 milyon dollarlıq zərbə


Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Oleksandr Sırski bildirib ki, Ukrayna dronu bir neçə gün əvvəl Rusiyaya məxsus Tu-22M3 tipli uzaqmənzilli bombardmançı təyyarəni yerə endikdən dərhal sonra vuraraq məhv edib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Sırskiyə görə, bu zərbə Rusiyanın hava hücum potensialına ciddi təsir göstərib. Məlumata əsasən, məhv edilən təyyarənin təxmini dəyəri 100 milyon dollar təşkil edir.
Ukrayna tərəfi bu hadisəni Rusiya üçün mühüm texniki və simvolik itki kimi qiymətləndirir.
11:45 10.04.2025
Oxunuş sayı: 1631