ABŞ Çinə qarşı tarifləri artırır: Trampdan 125%-lik qərar və 90 günlük fasilə

Tramp bəyan edib ki, ABŞ dərhal Çinlə ticarətdə gömrük rüsumlarını 125%-ə qədər artırır.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, eyni zamanda, o, qarşılıqlı rüsumlara və 10%-lik tariflərə dair 90 günlük fasilə elan edib.
“75-dən çox ölkənin ABŞ nümayəndələrini ticarət, ticarət baryerləri, tariflər, valyuta manipulyasiyaları və qeyri-maliyyə tarifləri ilə bağlı məsələlərin həlli üçün danışıqlara çağırdığı faktından çıxış edərək, mən 90 günlük fasiləni və bu dövr ərzində qarşılıqlı tariflərin 10%-ə qədər əhəmiyyətli dərəcədə azaldılmasını sanksiyalaşdırdım. Bu dərhal qüvvəyə minir”- deyə ABŞ prezidenti bildirib.
Zəhra Məmmədova
11:22 10.04.2025
Oxunuş sayı: 1621