Keçmiş erməni kəşfiyyatçı qadın: “Bəs biz nə edirik?”

“Bu insanlar o bir ümiddən yapışıblar və biz onlarla birlikdə o işıqlı günün gələcəyinə, oğullarımızın qayıdacağına inanırıq, lakin bu hökumət insanların bu ümidini belə itirməsi üçün əlindən gələni edir”.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu adı qeyd olunmayan keçmiş erməni kəşfiyyatçı qadın, “Ümumerməni Cəbhəsi” hərəkatının katibi deyib.
“İlham Əliyev hər gün yeni bir çağırış atır. Onların altı aylıq könüllü təlimlərinin necə keçdiyini yəqin ki görümüsünüz, bu, fəlakətli təlimdir, necə hazırlaşırlar, bəs bizdə nə baş verir? Yeri gəlmişkən, Azərbaycan artıq 2025-ci il üçün 19 hərbi təlim planlaşdırıb, bəs biz nə edirik? Danışmaq istəmirəm, keçmiş hərbçiyəm, danışsam, çox şeyi deməliyəm. Mən sadəcə çox məyus oldum”, - deyə keçmiş erməni kəşfiyyatçı qadın bildirib.
11:16 10.04.2025
Oxunuş sayı: 1473