Hizbullah tərksilah danışıqları üçün şərtini açıqlayıb

Hizbullah, İsrailin Livanın cənubundan çəkilməsi və hücumları dayandırması halında tərksilahla bağlı danışıqlara açıq olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Qruplaşmanın adı açıqlanmayan rəsmisinin sözlərinə görə, əgər İsrail Livanın cənubundakı beş bölgədən çəkilərsə, Hizbullah ölkə prezidenti Cozef Aunla silahlanmadan imtina mövzusunda danışıqlara başlamağa hazır olacaq.
Məlumata görə, prezident Aun da Hizbullahın hərbi arsenalının gələcəyi ilə bağlı dialoqa yaxın zamanda başlamağı planlaşdırır. Bu barədə “Deutsche Welle” də məlumat yayıb.
Mədinə Cəlilova
21:50 09.04.2025
Oxunuş sayı: 1934