Çexiya T-72M1-ləri Ukraynaya təslim etdi

Çexiya Ukraynaya T-72M1 tanklarının ötürülməsini başa çatdırdı.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, bu tipin son tankları 2025-ci ilin mart ayının sonu – aprel ayının əvvəllərində Ukraynaya göndərilib və bununla da T-72M1 tanklarının Çexiyanın Quru Qoşunları tərkibində istifadəsinə son qoyulub.
Təxminən 20 ədəd T-72M1 tankından ibarət bu partiya Çexiyanın 73-cü tank batalyonunun silahlanmasında olub.
Pərvin Hacıyeva
20:22 09.04.2025
Oxunuş sayı: 1598