Almaniyada CDU və SPD koalisiya hökuməti qurur

Almaniyada keçirilən federal seçkilərdən sonra aparılan danışıqlar nəticə verib və Xristian Demokratlar Partiyası (CDU) ilə Sosial Demokrat Partiyası (SPD) arasında koalisiya razılaşması əldə olunub.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, ifrat sağçı Almaniya üçün Alternativ (AfD) partiyası 20 faiz səs toplayaraq tarixində ən yüksək nəticəyə nail olub.
Bu səbəbdən CDU lideri Fridrix Mers parlamentdə sabit çoxluq yaratmaq üçün Olaf Şoltsun rəhbərlik etdiyi SPD-yə koalisiya təklifi edib. SPD isə bu seçkilərdə cəmi 16 faiz səs qazanaraq 1887-ci ildən bəri ən zəif nəticə ilə tarixə düşüb.
Zəhra Ağayeva
16:53 09.04.2025
Oxunuş sayı: 1545