ABŞ kosmosda silah sistemi yerləşdirmək planlarını açıqladı

Kosmosda silah yerləşdirmək zəruridir.
Crossmedia.az xəbər verir ki, bu barədə ABŞ Kosmik Komandanlığının rəhbəri general Stephen Whiting məlumat verib.
“Kosmosda yerləşdirilən silah sistemlərinin kosmik münaqişələrin qarşısını almaq və münaqişə baş verdikdə uğur qazanmaq üçün vacibdir. Artıq açıq şəkildə deyə bilərik ki, bizə kosmos silahları və orbital tutucular lazımdır. Bunları nə adlandırırıq? Biz bunları silah adlandırırıq. Bu silahlara kosmos münaqişələrini önləmək və belə bir münaqişə baş verərsə, uğur qazanmaq üçün ehtiyacımız var. Kosmosda silahlar əvvəllər ağlasığmaz hesab olunurdu, lakin indi kosmosda yerləşdirilən tutucular bizim qalib gəlməyimizin əsas elementidir”, - deyə o bildirib.
Qeyd edək ki, bu təşəbbüsə dəstək məqsədilə Whiting, Pentaqonun 15 ay ərzində hər birinə 2 milyon dollar dəyərində olmaqla 10 şirkətə qabaqcıl hərbi kosmos texnologiyalarının hazırlanması üçün maliyyə ayıracağını açıqlayıb.
Nəzrin Salmanova
13:12 09.04.2025
Oxunuş sayı: 1696