Ukraynalı general: Rusiya iki istiqamətdə hücuma başlayıb

Rusiyanın Ukraynanın Sumı və Xarkov vilayətlərində hücumu faktiki olaraq başlayıb.
Crossmedia.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı general Aleksandr Sırski deyib.
"Düşmən bu istiqamətlərdə hücum əməliyyatlarının sayını, demək olar ki, iki dəfə artırıb. Bu, artıq bir neçə gündür müşahidə olunur. Danışıqlara baxmayaraq, biz yalnız hücum əməliyyatlarının intensivliyinin artdığını müşahidə edirik”, – deyə o izah edib.
Baş komandan qeyd edib ki, Xarkov, Sumı və Çerniqov vilayətlərində düşmən təhlükəsizlik zonası yaratmaq istəyir.
Bənövşə Zahidli
13:26 09.04.2025
Oxunuş sayı: 2048