Pekin: ABŞ-la fikir ayrılıqlarını həll etməyə hazırıq

Çin ABŞ-a ixracatda 104% artıq göstəricinin müşahidə olunmasından sonra rəsmi mövqe bildirib.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, Çin hökumətinin bu gün dərc etdiyi Ağ Kitabda qeyd olunur ki, ABŞ ticarət kəsiri və “sənaye rəqabət qabiliyyətsizliyi” kimi problemləri gömrük rüsumları ilə həll edə bilməz. Sənəddə bu tədbirlərin qlobal ticarət nizamına, sənaye və təchizat zəncirlərinin təhlükəsizliyi və sabitliyinə ciddi zərər vurduğu vurğulanır.
Pekin bildirib ki, Çin və ABŞ arasındakı ticarət münasibətləri “həmişə qarşılıqlı faydalı” olub. Ağ Kitabda iki ölkə arasında fikir ayrılıqlarının “təbii” olduğu, lakin əsas maraqlara qarşılıqlı hörmətlə yanaşmağın vacibliyi qeyd edilir. Çin tərəfi bu fikir ayrılıqlarının həlli üçün Vaşinqtonla dialoqa hazır olduğunu bəyan edib.
Fatimə Nəbiyeva
14:25 09.04.2025
Oxunuş sayı: 1686