Ermənilərə verilən vəsiqələrdə doğum yeri olaraq Azərbaycan qeyd edilib

Ermənistanda Qarabağı könüllü tərk edən ermənilərə verilən vəsiqələrdə doğum yeri Azərbaycan olaraq qeyd edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, sənədlərdəki məlumatlar Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) standartlarına uyğun olaraq qeyd olunur.
“Bu zaman təşkilat tərəfindən qəbul olunan coğrafi vahidlər göstərilir. Beləliklə, Daxili İşlər Nazirliyinin Miqrasiya və Vətəndaşlıq Xidməti tərəfindən edilən hər hansı qeydlər, beynəlxalq tənzimləmələr çərçivəsində təsdiq olunmadıqda, sərhəd-keçid məntəqələrində problemlərə səbəb ola bilər. Yeni sənədlər verilərkən xidmət yalnız beynəlxalq standartlara rəhbərliyini davam etdirəcək”, - deyə nazirlik bildirib.
Nəzrin Salmanova
18:05 08.04.2025
Oxunuş sayı: 1763