Gürcüstan QHT-lərə ayrılan vəsaitlərlə bağlı korrupsiya məsələsi ilə gündəmdədir

Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili son illərdə hakimiyyətin irəli sürdüyü "Gürcü arzusu" ideyasının artıq hər kəsə aydın olduğunu bəyan edib.
Crossmedia.az xəbər verir ki , bu açıqlama Avropa Hesab Auditoriyasının hesabatına istinadən verdiyi məlumatlarla əlaqədardır. Hesabatda bildirilir ki, Avropa İttifaqı hər il Qeyri-Hökumət Təşkilatlarına (QHT) milyardlarla avro ayırır, lakin bu vəsaitlərin xərclənməsi üzərində lazımi nəzarət təmin edilmir.
Hesabata əsasən, bu vəsaitlər bəzən zorakı etiraz aksiyalarının təşkili üçün istifadə edilirdi. Məsələnin ciddi olması 7 milyard avronun qeyri-şəffaf şəkildə dövr etməsi ilə əlaqələndirilir. Papuaşvili bəzi şəxslərin bu vəziyyətdən şəxsi maraqlarına xidmət etmək məqsədilə yararlandığını və QHT sistemində korrupsiya hallarının genişləndiyini vurğulayıb. O, xüsusilə eyni təşkilatlara təkrar-təkrar maliyyə ayrılmasının sistemin mövcud problemlərindən biri olduğunu qeyd edib.
Bu məsələnin ölkə daxilində və beynəlxalq səviyyədə müzakirə edilməsi dövlətlər arasında QHT-lərin fəaliyyətinin daha şəffaf və nəzarətə alınmış şəkildə həyata keçirilməsinin vacibliyini gündəmə gətirir. Avropa İttifaqı və digər donor təşkilatlarının gələcəkdə bu cür halların qarşısını almaq üçün daha sərt nəzarət mexanizmlərini tətbiq etməsi tələb olunur.
Nigar Yahyazadə
17:11 08.04.2025
Oxunuş sayı: 1895