Ağ Evdə Netanyahu ilə görüşən Tramp Ərdoğanı tərifləyib

"Mənim böyük bir dostum var - onun adı Ərdoğandır. Mən onu çox istəyirəm. O da məni çox istəyir".
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donalnd Tramp deyib.
"Bizim heç vaxt problemimiz olmayıb.
Netanyahu, əgər sənin Türkiyə ilə problemin varsa, mən inanıram ki, onu həll edə bilərəm.
Suriyada baş verənlərdən sonra mən Ərdoğanı təbrik etdim və dedim ki, sən tarix boyu heç kimin edə bilmədiyini etdin, Suriyanı götürdün. O isə dedi ki, yox bu belə deyil.
Ərdoğan möhkəm və ağıllı adamdır. Netanyahuya bir daha müraciət edirəm ki, əgər Türkiyə ilə problem yaşasan, həll edərik. Amma sən də ağıllı davranmalısan".
11:26 08.04.2025
Oxunuş sayı: 2178