Tehran və Vaşinqton arasında yeni diplomatik cəhd

Vaşinqton və Tehran 12 aprel tarixində Omanda dolayı danışıqlar aparacaqlar.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Ərakçi məlumat verib. Danışıqda İranın xarici işlər naziri və Trampın xüsusi nümayəndəsi Uitkoff əsas müzakirəçilər olacaqlar.
Tərəflər arasında əsas müzakirə mövzularının nüvə proqramı və regional təhlükəsizlik məsələləri olacağı gözlənilir. Danışıqların nəticələrinin Yaxın Şərqdəki gərginliyə təsir göstərə biləcəyi ehtimal olunur.
Zəhra Məmmədova
11:05 08.04.2025
Oxunuş sayı: 1784