İsrail mediasından İran haqqında ŞOK iddia

İsrail mediası: "İsrailin məxfi mərkəzləri haqqında məlumatlar İranın əlindədir".
Crossmedia.az bu barədə İsrailin "Kanal 7" telekanalı İctimai Təhlükəsizlik Müdirliyi və İsrail Polisinə istinadən xəbər verir ki, Netivot sakini 65 yaşlı Evard Yusupov təhlükəsizlik cinayətləri törətməkdə ittiham olunur.
Məlumatda bildirilir ki, E. Yusupov Dubayda yaşayan Azərbaycan vətəndaşı kimi təqdim edən şəxslə əlaqə saxladığını və onun tapşırığı ilə İsraildə çoxlu sayda gizli mərkəzlərdə çəkiliş apardığını, bunun müqabilində kriptovalyuta aldığını artıq etiraf edib.
İsrail telekanalının məlumatına görə, Dubaydakı Azərbaycan vətəndaşı deyilən şəxs əslində israillidən alıdığı məxfi məlumatları İran xüsusi xidmət orqanlarna ötürən iranlıdır.
10:20 25.03.2025
Oxunuş sayı: 1737