Qara dənizdə yük gəmisinə zərbə endirilib
Rusiya Silahlı Qüvvələri Qara dənizdə Ukrayna ordusu üçün silah və hərbi avadanlıq daşıdığı iddia edilən yük gəmisinə zərbə endirdiyini bildirib.
Crossmedia.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi bu barədə məlumat yayıb.
Nazirliyin açıqlamasına əsasən, hadisə noyabrın 11-nə keçən gecə Qara dənizin Odessa şəhərindən cənub-qərbdə yerləşən hissəsində baş verib.
Rusiya tərəfi pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücum nəticəsində Ukrayna Silahlı Qüvvələri üçün silah və hərbi təyinatlı yüklər daşıyan quru yük gəmisinin vurulduğunu iddia edib.
Gəminin adı, zərərin miqyası və mümkün itkilər barədə məlumat verilməyib.
Rusiya Müdafiə Nazirliyinin açıqlaması müstəqil mənbələr tərəfindən təsdiqlənməyib. Ukrayna tərəfinin hadisəyə münasibəti barədə məlumat yoxdur.
13:38 11.11.2026
Oxunuş sayı: 47