Peskov: Putin və Lukaşenko Əbu-Dabi danışıqlarını müzakirə ediblər
Rusiya Prezidenti Vladimir Putin və Belarus Prezidenti Aleksandr Lukaşenkonun görüşündə Əbu-Dabidə keçirilən danışıqların mövzusu da müzakirə olunub.
Crossmedia.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov bu barədə "TASS"ın sualını cavablandırarkən bildirib.
Onun sözlərinə görə, liderlərin ötən gün baş tutan görüşü məzmun baxımından kifayət qədər zəngin olub.
13:49 11.11.2026
Oxunuş sayı: 29