Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 900 mini ötüb
Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2026-cı il oktyabrın 1-nə 900 min 967-yə çatıb.
Crossmedia.az xəbər verir ki, ilin əvvəli ilə müqayisədə aktiv vergi ödəyicilərinin sayı 4,8 faiz artıb.
Hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı da 6,9 faiz yüksələrək 62 min 414-ə çatıb.
Bundan başqa, aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayında 6,2 faiz artım qeydə alınıb. Beləliklə, onların sayı 247 min 206-ya yüksəlib.
Azərbaycan, aktiv vergi ödəyiciləri, ƏDV ödəyiciləri, vergi statistikası, təsərrüfat subyektləri, 2026-cı il, vergi sistemi.
13:01 09.10.2026
Oxunuş sayı: 46