Nəsimi və Yasamal rayonlarında suyun verilməsində fasilə olacaq

Magistral su xəttində baş verən qəzanın aradan qaldırılması ilə bağlı 3 yanvar saat 22:00-dan 4 yanvar saat 11:00-a qədər Nəsimi və Yasamal rayonlarının bəzi ərazilərində suyun verilişində fasilə yaranacaq.
Crossmedia.az bildirir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib.
Qurumdan bildirilib ki, təmir işlərinin operativ şəkildə başa çatdırılması üçün tədbirlər görülür. Sakinlərdən su ehtiyatı görmələri tövsiyə olunur.
10:47 03.01.2025
Oxunuş sayı: 11516