Beyləqanda avtomobil kanala düşdü - 5 nəfər yaralandı
Beyləqanda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Crossmedia.az xəbər verir ki, hadisə Sarısu qəsəbəsində qeydə alınıb. “Niva” markalı avtomobilin kanala düşməsi nəticəsində İran vətəndaşları – 1968-ci il təvəllüdlü Gholamhossein Sareban, 1959-cu il təvəllüdlü Alireza Mohajer, 1977-ci il təvəllüdlü Ali Kekani və 1968-ci il təvəllüdlü Mahdi Abbaszadeh, həmçinin Saatlı sakini, 1970-ci il təvəllüdlü Mirnamiq Ağayev xəsarət alıblar.
Yaralılar xəstəxanaya çatdırılıb və ilkin tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıblar.
Faktla bağlı araşdırma aparılır.
20:31 23.09.2026
Oxunuş sayı: 43