Hörmüz boğazı ilə bağlı yeni gərginlik yarandı
İran Hörmüz boğazında gəmiçiliyin bərpasının və ABŞ-lə danışıqlara qayıdışın yalnız Tehranın irəli sürdüyü şərtlər yerinə yetirildikdən sonra mümkün olacağını bildirib.
Crossmedia.az xəbər verir ki, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi Tehranın mövqeyində dəyişiklik olmadığını və şərtlərin ABŞ-ə çatdırıldığını deyib.
İran tərəfi daha əvvəl hərbi əməliyyatların dayandırılması, dondurulmuş aktivlərin azad edilməsi və dəniz blokadasının aradan qaldırılması kimi tələblər irəli sürüb.
19:03 23.09.2026
Oxunuş sayı: 47