Bakı-Qazax yolunda dəhşətli qəza
Ucarda yol qəzası olub, xəsarət alan var.
Crossmedia.az xəbər verir ki, hadisə Bakı–Qazax magistralının rayonun Qazıqumlaq kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, Bərdə şəhər sakini, 1988-ci il təvəllüdlü Mehman Məmmədovun idarə etdiyi “BMW” markalı minik avtomobili idarəetmədən çıxaraq şirə kanalına aşıb. Nəticədə avtomobildə olan sərnişin 1985-ci il təvəllüdlü Roman Əsgərov xəsarətlə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
10:09 23.09.2026
Oxunuş sayı: 58