Braziliyadan Qəzza ilə bağlı açıqlama gəlib
Braziliya Prezidenti Luiz İnasio Lula da Silva Qəzzadakı müharibənin fələstinlilər üzərində nəsillər boyu ağrı və travma buraxacağını bildirib.
Crossmedia.az xəbər verir ki, Lula bu fikirləri BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxışı zamanı səsləndirib.
Lula çıxışında Qəzzada qadın və uşaqlara qarşı törədildiyini bildirdiyi hərəkətləri İsrail Baş naziri Benjamin Netanyahunun hökumətinin “soyqırımı” kimi xarakterizə edib. O, eyni zamanda İsrail vətəndaşlarının da HƏMAS-ın radikalizmi və terror aktlarının nəticələrindən əziyyət çəkdiyini deyib.
Braziliya lideri BMT-nin Fələstin əraziləri üzrə xüsusi məruzəçisi Françeska Albanesenin fikirlərinə görə susdurulmamasına çağırıb. Albanese 2026-cı ildə də İsrailin Qəzzadakı fəaliyyəti ilə bağlı ciddi ittihamlar irəli sürüb.
Lula işğal altındakı İordan çayının qərb sahilində İsrail yaşayış məntəqələrinin salınmasını da pisləyib. Onun sözlərinə görə, bu siyasət iki dövlətli həll imkanını getdikcə çətinləşdirir və israillilərlə fələstinlilərin təhlükəsiz şəraitdə yaşaması üçün iki dövlətli həllin vacibliyini vurğulayıb.
19:12 22.09.2026
Oxunuş sayı: 39