Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının Ümumi Debatının rəsmi açılışında iştirak edib
Azərbaycan Respublikasının Xarici İşlər Naziri Ceyhun Bayramov Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 81-ci sessiyasının (UNGA81) Ümumi Debatlarının rəsmi açılışında iştirak edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "X" sosial şəbəkə səhifəsində məlumat paylaşıb.
"Ümumi Debatlar aktual qlobal və regional çağırışlar ətrafında fikir mübadiləsi aparmaq və sülh, təhlükəsizlik və dayanıqlı inkişaf naminə beynəlxalq əməkdaşlığı irəlilətmək üçün dünya liderlərini və üzv dövlətlərin nümayəndələrini bir araya gətirir", - məlumatda bildirilib.
18:46 22.09.2026
Oxunuş sayı: 43