"Turan Tovuz" - "Fənərbağça" matçının başlama saatı açıqlanıb, biletlər sabahdan satışa çıxarılacaq
"Turan Tovuz" və Türkiyənin "Fənərbağça" komandaları arasında keçiriləcək yoldaşlıq oyununun başlama saatı açıqlanıb.
Crossmedia.az xəbər verir ki,bu barədə Azərbaycan klubunun mətbuat xidmətdindən məlumat verilib.
Oktyabrın 3-də, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək matçın start fiti saat 20:00-da səslənəcək.
Qeyd edək ki, qarşılaşmanın biletləri sabahdan etibarən satışa çıxarılacaq.
20:08 21.09.2026
Oxunuş sayı: 46