Si Cinpin Cənub ölkələrinə müraciət etdi
Çin Prezidenti Si Cinpin Qlobal Cənub ölkələrini ənənəvi və qeyri-ənənəvi təhlükəsizlik təhdidlərinə qarşı birgə mübarizə aparmağa çağırıb.
Crossmedia.az xəbər verir ki, “Sinxua” bu barədə məlumat yayıb.
Si Cinpin bu fikirləri Yeni Dehlidə keçirilən BRİKS sammiti çərçivəsində səsləndirib. O bildirib ki, Qlobal Cənub ölkələri təhlükəsizlik sahəsində idarəetmənin inkişafı istiqamətində əməkdaşlıq etməli və müxtəlif təhdidlərə qarşı birgə mübarizə aparmalıdır.
Çin liderinin sözlərinə görə, dünya hazırda dərin dəyişikliklərdən keçir və Qlobal Cənub ölkələri çoxqütblülüyün əsas hərəkətverici qüvvələrindən birinə çevrilir. Bununla yanaşı, beynəlxalq vəziyyətin mürəkkəb və qeyri-sabit olaraq qaldığını deyən Si Cinpin müxtəlif risk və çağırışların ard-arda meydana çıxdığını vurğulayıb.
Si Cinpin Pekinin açıqlıq siyasətini davam etdirəcəyini və inkişaf imkanlarını dünya ölkələri ilə bölüşəcəyini bildirib.
Qeyd edək ki, Si Cinpin sentyabrın 12-də BRİKS sammitində iştirak etmək üçün Hindistana səfər edib. Bu, onun yeddi ildən sonra Hindistana ilk səfəridir.
11:17 13.09.2026
Oxunuş sayı: 41