Azərbaycan millisinin üzvü Yelizaveta Ruban "Turan"a transfer olunub
Voleybol üzrə Azərbaycan millisinin üzvü Yelizaveta Ruban "Turan" kollektivinə transfer olunub.
Bu barədə Crossmedia.az'a klubun mətbuat xidmətindən məlumat verilib.
Təcrübəli hücumçu yeni mövsümdə Tovuz təmsilçisinin heyətində həm Azərbaycan Yüksək Liqasında, həm də Avropa arenasında mübarizə aparacaq.
Karyerası ərzində Azərbaycan, İtaliya, Rusiya, Türkiyə və Rumıniya klublarında çıxış edən Yelizaveta Ruban bir sıra mühüm uğurlara imza atıb.
Qeyd edək ki, 31 yaşlı voleybolçu son olaraq Rusiyanın "Leninqradka" kollektivində çıxış edib.
15:25 09.09.2026
Oxunuş sayı: 46