"Xankəndi" klubunda məşqçi təyinatı gerçəkləşib
Azərbaycan I Liqasında çıxış edən "Xankəndi" komandasında məşqçi təyinatı gerçəkləşib.
Crossmedia.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
UEFA B kateqoriyalı məşqçi Ruzi Qiyaslı bölgə təmsilçisində qapıçılar üzrə məşqçi kimi fəaliyyət göstərəcək.
Mütəxəssislə 1 illik müqavilə imzalanıb.
13:17 06.09.2026
Oxunuş sayı: 65