Putin səfərbərlik xəbərlərini təkzib etdi
Rusiya Prezidenti Vladimir Putin ölkədə yeni səfərbərliyə ehtiyac yaradacaq vəziyyətin olmadığını bildirib.
Crossmedia.az xəbər verir ki, Putin bu barədə açıqlama verib.
Onun sözlərinə görə, Rusiyada yeni səfərbərlik keçiriləcəyi ilə bağlı yayılan məlumatlar rəqib tərəfin Dövlət Dumasına keçiriləcək seçkilər ərəfəsində ictimai rəyə və seçkinin nəticələrinə təsir göstərməyə yönəlmiş informasiya hücumudur.
“Bu, Dövlət Dumasına seçkilər ərəfəsində nəticəyə təsir göstərməyə cəhdlə rəqib tərəfin həyata keçirdiyi informasiya hücumudur. Bu, sadəcə olaraq planlaşdırılmış informasiya əməliyyatıdır”, - deyə Putin bildirib.
Rusiya prezidenti sentyabrın 1-də Bişkekə səfərindən sonra da yeni səfərbərliklə bağlı yayılan xəbərləri təkzib etmiş və onları “it hürüşü” adlandırmışdı.
Qeyd edək ki, Ukrayna rəsmiləri Rusiyada parlament seçkilərindən sonra səfərbərlik elan edilə biləcəyini bildirirlər.
14:25 03.09.2026
Oxunuş sayı: 41