Rusiya 998 PUA-nın məhv edildi
Rusiya Hava Hücumundan Müdafiə (HHM) qüvvələri son sutka ərzində 998 pilotsuz uçuş aparatını (PUA) məhv edib.
Crossmedia.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi bu barədə məlumat yayıb.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, HHM vasitələri iki idarəolunan aviasiya bombası, ABŞ istehsalı olan HIMARS yaylım atəş sisteminin üç reaktiv mərmisini və təyyarə tipli 998 PUA-nı vurub.
Bundan əlavə, Qara dənizin akvatoriyasında Rusiya Qara Dəniz Donanmasının qüvvələri Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus altı ekipajsız katerin məhv edildiyini bildirib.
Sentyabrın 3-də səhər Rusiya Müdafiə Nazirliyi gecə ərzində ölkənin müxtəlif regionları üzərində 416 PUA-nın ələ keçirildiyini və məhv edildiyini açıqlayıb.
Nazirliyin yaydığı məlumata əsasən, PUA-lar Bryansk, Belqorod, Kaluqa, Tver, Smolensk, Kursk, Oryol, Tula, Voronej, Lipetsk, Tambov, Rostov, Volqoqrad və Penza vilayətləri, eləcə də Moskva regionu, Krım və Qara dənizin akvatoriyası üzərində vurulub.
Bundan əvvəl Rusiya qoşunlarının Kiyev vilayətində logistika mərkəzinə zərbə endirdiyi bildirilib.
14:21 03.09.2026
Oxunuş sayı: 41