Əraqçının görüntüləri sosial mediada gündəm oldu
Şanxay Əməkdaşlıq Təşkilatının Bişkekdə keçirilən sammitində İran nümayəndə heyətinin davranışı sosial mediada müzakirələrə səbəb olub.
Crossmedia.az xəbər verir ki, görüntülər sosial şəbəkələrdə yayılıb.
Paylaşılan qısa videoda İran Prezidenti Məsud Pezeşkianın çıxışı zamanı xarici işlər naziri Abbas Əraqçının əli ilə dişlərini təmizlədiyi görünür.
Həmin anlarda İranın idman və gənclər naziri Dünyamalı və xarici işlər nazirinin müavini Qəribabadi olduğu bildirilən iki nümayəndənin isə yuxuladığı müşahidə olunur.
Görüntülər sosial şəbəkə istifadəçiləri arasında müxtəlif reaksiyalara səbəb olub və İran nümayəndə heyətinin sammitdəki davranışı müzakirə mövzusuna çevrilib.
14:08 03.09.2026
Oxunuş sayı: 40