Davutoğlu haqqında istintaq başladı
Türkiyənin keçmiş baş naziri Ahmet Davutoğlu prezidentə təhqir ittihamı ilə bağlı cinayət işində şübhəli şəxs kimi araşdırmaya cəlb edilib.
Crossmedia.az xəbər verir ki, “Anadolu Agentliyi” bu barədə məlumat yayıb.
Məlumata görə, araşdırmaya səbəb Davutoğlunun 14 aprel 2022-ci ildə etdiyi çıxışın yer aldığı köhnə videonun son günlər sosial şəbəkələrdə geniş yayılması olub.
Videonun yayılmasından sonra Ankara Baş Prokurorluğu Davutoğlunun çıxışında prezidentə təhqir olub-olmadığını araşdırmağa başlayıb.
Bu hadisə Davutoğlunun siyasi fəaliyyətini başa çatdırdığını və rəhbərlik etdiyi “Gələcək Partiyası”nın buraxıldığını elan etməsindən cəmi bir neçə gün sonraya təsadüf edib.
Qeyd edək ki, Türkiyə qanunvericiliyində prezidentə təhqir ayrıca cinayət əməli kimi nəzərdə tutulur.
14:00 03.09.2026
Oxunuş sayı: 42