Tramp Makronu yenidən ələ saldı
ABŞ Prezidenti Donald Tramp Fransa Prezidenti Emmanuel Makronla dərman qiymətləri barədə söhbətini danışaraq onu yenidən ələ salıb və Fransanın ABŞ-a ixrac etdiyi şərab və şampanlara 100 faizlik rüsum tətbiq etməklə hədələdiyini bildirib.
Crossmedia.az xəbər verir ki, “The White House” bu barədə məlumat yayıb.
Trampın sözlərinə görə, o, Makrona Fransada reseptlə satılan dərmanların qiymətlərini üç dəfə artırmalı olduğunu deyib.
Tramp bildirib ki, Makron əvvəlcə bununla razılaşmayıb.
ABŞ prezidenti söhbət zamanı ABŞ-da bir dərman həbi üçün təxminən 130 dollar ödənildiyini, Fransada isə eyni məhsulun qiymətinin 10 dollar olduğunu deyib.
Trampın sözlərinə görə, o, Makrona qiymət artımı ilə razılaşmayacağı təqdirdə Fransanın ABŞ-a göndərdiyi bütün şərab və şampanlara 100 faizlik gömrük rüsumu tətbiq edəcəyini bildirib.
Tramp iddia edib ki, bundan sonra Makron “Donald, bunu məmnuniyyətlə edəcəyəm. Sadəcə, bunu mənə qarşı etmə” cavabını verib.
13:23 03.09.2026
Oxunuş sayı: 41