Moskva vilayətində PUA hücumu: yanğın baş verib
Moskva vilayətinin Pavlovski Posad şəhərində Ukraynaya məxsus pilotsuz uçuş aparatının hücumundan sonra yanğın baş verdiyi bildirilir.
Crossmedia.az xəbər verir ki, “Vesti” bu barədə məlumat yayıb.
Məlumata görə, hadisə zamanı Pavlovski Posadda yaşayış binasına da PUA düşüb. Nəticədə səkkiz mənzildə pəncərələr sınıb, binada yanğın baş verməyib.
Moskva vilayətinin qubernatoru Andrey Vorobyov bildirib ki, gecə ərzində region üzərində 56 pilotsuz uçuş aparatı məhv edilib. Hücumların Pavlovski Posad da daxil olmaqla bir sıra rayonlarda dəf edildiyi açıqlanıb.
Eyni zamanda, Moskva vilayətinin Boqorodsk şəhər dairəsində PUA hücumundan sonra zavod ərazisində yanğın baş verdiyi bildirilir.
13:11 03.09.2026
Oxunuş sayı: 40