Moskva aeroportlarında məhdudiyyətlər yenidən tətbiq edildi
Moskvanın “Vnukovo” və “Şeremetyevo” hava limanlarında uçuşların qəbulu və yola salınmasına məhdudiyyətlər ikinci gecə ardıcıl olaraq tətbiq edilib.
Crossmedia.az xəbər verir ki, “The Moscow Times” bu barədə məlumat yayıb.
Rusiya Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviasiya”) təyyarələrin qəbulu və buraxılışına müvəqqəti məhdudiyyətlər tətbiq edildiyini açıqlayıb. Qurum tədbirlərin uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə görüldüyünü bildirib.
Məhdudiyyətlər Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya hava məkanında mülki aviasiya üçün təhlükənin artması ilə bağlı xəbərdarlığından sonra tətbiq olunub. Zelenski Ukraynanın mülki aviasiyaya zərbə endirmək niyyətində olmadığını, lakin Rusiya ərazisində pilotsuz uçuş aparatlarının istifadəsinin aviasiya üçün risk yaratdığını bildirib.
Bundan əvvəl Moskvanın üç hava limanında uçuşlara məhdudiyyət qoyulmuşdu.
“Flightradar24” məlumatına görə, həmin vaxt “Şeremetyevo” hava limanında 21 reys ləğv edilib, 235 reys gecikib. “Vnukovo”da isə 22 reys ləğv olunub, 94 reys gecikib.
12:57 03.09.2026
Oxunuş sayı: 38