Estoniyanın müdafiə naziri istefa verdi
Estoniyanın müdafiə naziri Hanno Pevkur Ukraynaya sursat tədarükü ilə bağlı yaranan qalmaqal fonunda siyasi məsuliyyəti üzərinə götürərək istefa verib.
Crossmedia.az xəbər verir ki, “Reuters” bu barədə məlumat yayıb.
Qalmaqala səbəb Ukraynaya göndərilməsi nəzərdə tutulan sursatların alınması üçün Hindistan şirkətlərinə 70 milyon avro məbləğində əvvəlcədən ödəniş edilməsi olub. Həmin şirkətlər daha əvvəl sursat ticarəti ilə məşğul olmayıb. Pevkur müqavilələri gördüyünü, lakin onları oxumadığını etiraf edib. Nazir bildirib ki, belə detallarla birbaşa müdafiə naziri məşğul olmur.
Hanno Pevkur 2022-ci ildən Estoniyanın müdafiə naziri vəzifəsində çalışırdı.
13:15 03.09.2026
Oxunuş sayı: 43