ABŞ: Biz Venesuelanın neftini götürmürük
ABŞ Venesuela ilə neft sazişi çərçivəsində ölkənin neftini birbaşa ələ keçirmədiyini və mövcud kommersiya müəssisəsinə passiv tərəfdaş kimi daxil olduğunu açıqlayıb.
Crossmedia.az xəbər verir ki, “Reuters” bu barədə məlumat yayıb.
ABŞ-ın energetika naziri Kris Rayt bildirib ki, Vaşinqton Venesuelanın OPEC-dən mümkün çıxması məsələsini ölkə rəhbərliyi ilə müzakirə etməyib.
Onun sözlərinə görə, Venesuelanın təşkilatdan çıxıb-çıxmamaq qərarı Karakasın suveren hüququ olaraq qalır.
“ABŞ Venesuelanın neftini götürmür. Biz ölkədə fəaliyyət göstərən kommersiya müəssisəsinə passiv tərəfdaş kimi daxil oluruq”, - deyə Rayt bildirib.
ABŞ rəsmisi Venesuelanın dünyadakı neft ehtiyatlarının təxminən 17 faizinə sahib olduğunu, lakin qlobal neft hasilatındakı payının 1 faizdən bir qədər çox olduğunu qeyd edib.
Məlumata görə, ABŞ və digər ölkələrin neft şirkətləri Venesuelada hasilatın artırılmasına yönəlmiş yeni sazişlər imzalamağa hazırlaşır. Rayt Venesuelanın neft hasilatının yaxın illərdə iki dəfədən çox arta biləcəyini də bildirib.
12:40 03.09.2026
Oxunuş sayı: 40